Sürücü yuxuladı, avtobus yoldan çıxdı: 10 ölü, 44 yaralı
26 iyul 2021 06:13 (UTC +04:00)

Sürücü yuxuladı, avtobus yoldan çıxdı: 10 ölü, 44 yaralı

Xorvatiyanın şimal-şərqində, Slavonski-Brod şəhərinin yaxınlığında baş verən yol qəzasında ölənlərin sayı 10 nəfərə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bunu Xorvatiyanın səhiyyə naziri Villi Beroş jurnalistlərə açıqlamasında deyib.

Nazir əlavə edib ki, hadisə nəticəsində xəsarət alan 44 nəfərə ilkin tibbi yardım göstərilib. Onlardan azyaşlı qız da daxil olmaqla, 15-nin vəziyyəti ağırdır.

Bölgə polisinin ilkin məlumatına görə, sərnişin avtobusunun sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən avtobus magistral yoldan çıxaraq dərəyə istiqamətlənib.

Qeyd edək ki, avtobusda 67 sərnişin olub.

***

25 iyul, saat 12:24

Xorvatiyanın şimal-şərqində, Slavonski-Brod şəhərinin yaxınlığında sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın HINA agentliyinə istinadən verdiyi məlumata görə, Şimali Makedoniyadan gələn avtobus xəndəyə düşüb.

Nəticədə 8 nəfər ölüb, onlarla insan xəsarət alıb.

# 2196
avatar

Oxşar yazılar