Təxminən 1500 İŞİD döyüşçüsü Suriyanın şimal-şərqində yerləşən həbsxanadan qaçıb.
Lent.az xəbər verir ki, bu barədə “Rudav” telekanalına kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nümayəndəsi Fərhad Şami məlumat verib.
O əlavə edib ki, qaçanlar qruplaşmalara qoşulublar.
Bundan əvvəl bildirilmişdi ki, silahlı dəstələr Suriyanın Əl-Hasəkə vilayətində yerləşən, minlərlə İŞİD döyüşçüsünün saxlanıldığı Əş-Şəddadi həbsxanasına hücum edirlər.
Yanvarın 18-də SDQ və Suriyanın keçid hökuməti 14 bənddən ibarət razılaşma imzalayıb. Bu razılaşma hökumət qüvvələrinin ölkənin şimal-şərqinə iki həftə davam edən hücumunu yekunlaşdırıb. “Suriya Demokratik Qüvvələri” Rakka və Deyr-əz-Zor vilayətlərini dərhal hökumətin nəzarətinə verməyə razılaşıb. Hökumət qüvvələri artıq əsas obyektləri, o cümlədən Tabqa bəndini və “Əl-Ömər” neft yatağını nəzarətə götürüblər.