Sudanda toqquşmalar nəticəsində ölənlərin sayı 56-ya çatıb.
Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Həkimlər Komitəsi "Twitter" hesabında paylaşım edib.
Bildirilib ki, toqquşmalarda 595 nəfər yaralanıb.
Təkcə Xartumda 25 nəfər həlak olub, 302 insan yaralanıb. Ölənlər arasında həm mülki şəxslər, həm də hərbçilər var.
***
Saat 01:58
Sudanda baş verən toqquşmalarda 25 nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə "Reuters" məlumart yayıb.
Hadisədə 183 nəfər yaralanıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası aprelin 17-də Sudanda vəziyyətin gərginləşməsini müzakirə edəcək.