SSRİ-ni dağıdan   daha bir prezident vəfat etdi
10 may 2022 21:39 (UTC +04:00)

SSRİ-ni dağıdan daha bir prezident vəfat etdi

Ukraynanın ilk prezidenti Leonid Kravçuk 88 yaşında vəfat edib. 

Lent.az xəbər verir ki, Leonid Kravçuk 1991-1994-cü illərdə Ukrayna prezidenti olub.

O, Boris Yeltsin və Stanislav Şuşkeviçlə birlikdə Belovejsk sazişini imzalayıb, bundan sonra SSRİ-nin mövcudluğu dayandırılıb.

2020-ci ilin iyul ayından o, Donbasdakı vəziyyətin nizamlanması üzrə təmas qrupunun sədri vəzifəsində çalışırdı. 2021-ci ilin iyun ayında ürəyindən əməliyyat olunub, sonra reanimasiyaya yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Ötən ilin sentyabr ayında keçmiş Ukrayna liderinin Almaniya klinikasının reanimasiya şöbəsinə köçürüldüyü məlum olub. Əməliyyatdan sonra onun vəziyyətində "yaxşılaşma" olduğu bildirilirdi.

Bundan əvvəl Belovejsk sazişini imzalayan müstəqil Belarusun ilk rəhbəri Stanislav Şuşkeviçin vəfatı barədə məlumat yayılmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4485

Oxşar yazılar