II Nikolay və ailəsi
31 yanvar 2022 01:09 (UTC +04:00)

II Nikolay və ailəsi

Sonuncu rus çarı ilə bağlı müəmmaya son qoyuldu 

Ekspertiza nəticəsində cənazə qalıqlarının 1918-ci ildə öldürülən sonuncu rus imperatorunun ailəsinə aid olduğu təsdiqini tapıb.

Lent.az-ın xəbərinə görə, bunu Rusiya prokurorluğunun xüsusi işlər üzrə baş təhqiqatçısı Marina Molodsova bildirib.

“Müasir təhqiqat metodları və tarixi ekspertiza nəticəsində imperator II Nikolay və ailəsinin 1918-ci il 16 iyuldan 17-nə keçən gecə Yekaterinburqda güllələndiyini sübut edir. İmperatorla yanaşı onun arvadı Aleksandra Fyodorovna, qızları Olqa, Tatyana, Mariya, Anastasiya, oğlu Aleksey və ona sadiq olan şəxslər də güllələnib” – deyə Molodsova bildirib. 

Qeyd edək ki, sonuncu rus çarı II Nikolay 1918-ci ildə güllələnib. Cənazə qalıqları ölüm hökmünün icra olunduğu yerdən 1991-ci ildə çıxarılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2205
avatar

Oxşar yazılar