Lent.az xəbər verir ki, bu barədə STA agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Hadisə nəticəsində azı 3 nəfər ölüb.
Əldə olan məlumata görə, ölənlərdən ikisi Niderland vətəndaşıdır. 16 minə yaxın ev işıqsız qalıb.
Bundan əlavə, Sloveniya Mülki Müdafiə Administrasiyasının məlumatına görə, bəzi ərazilərdə nəqliyyatın hərəkəti dayandırılıb.
Sloveniyanın baş naziri Robert Qolob baş verənləri son 30 ildə respublika ərazisində ən dəhşətli təbii fəlakət adlandırıb.