Rusiyanın Oms vilayətindəki sirkdə gymnast yıxılıb.
Lent.az REN TV-ə istinadən xəbər verir ki, sirk ifaçısının uğursuz çıxışı onun hündürlükdənyerə düşməsinə səbəb olub.
Yıxıldıqdan sonra o, özü səhnəni tərk edə bilib. Gimnast rentgen üçün xəstəxanaya aparılıb, müayinə olunur.
Nəşrin məlumatına görə, hadisədən sonra sirk proqramı davam etdirilib.