Şimali Koreyanın (KXDR) nüvə başlıqlarının sayı 20 ədəddən azdır.
Lent.az-ın xəbərinə görə, bu barədə SIPRI-nin (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu) məlumat yayıb.
Qurum bildirir ki, ölkənin faktiki olaraq 20 döyüş başlığı var. Lakin ölkənin imkanları 55-dək döyüş başlığı hazırlamağa imkan verir. Ölkənin müəyyən sayda orta mənzilli raketlər üçün döyüş başlıqları da var.
SİPRİ bildirir ki, dünyadakı atom arsenalının 90%-i Rusiya və ABŞ-ın əlində cəmlənib. Çin 350, Fransa 290, Böyük Britaniya 180, Pakistan 165, Hindistan 160, İsrail 90 döyüş başlığına sahibdir.