Şimali Koreya lideri Kim Çen In ölkəsində dar şalvar geyinməyi qadağan edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı gənclərin qərbə meyl etməsindən ehtiyat etdiyi üçün bu addımı atıb.
Ölkədə fəal rol alan Sosialist Vətənpərvər Gənclər Birliyi hazırda 20-30 yaşlı şəxslərin şalvarını yoxlayır.
Dar şalvarlar geyinənlər ciddi şəkildə araşdırılır və siyahıya alınır.