Kəşfiyyat idarəsinə atəş açan şəxs öldürüldü  -YENİLƏNİB
12 avqust 2022 05:37 (UTC +04:00)

Kəşfiyyat idarəsinə atəş açan şəxs öldürüldü -YENİLƏNİB

ABŞ-ın Ohayo ştatında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yerli idarəsinin binasına atəş açan şəxs zərərsizləşdirilib.

Lent.az-ın xəbərinə görə, hadisədən dərhal sonra güc strukturları onun axtarışına başlayıb. Silahlı şəxs polislə atışmada yaralanıb və aldığı güllə yarasından ölüb.
 

***

11 avqust saat 22.47

ABŞ-ın Ohayo ştatında silahlı şəxs Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yerli idarəsinin binasına travmatik tapançadan atəş açıb.

Lent.az-ın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb. 

Hadisəni törədən şəxsin üzərində tüfəng də olub. Təhlükəszilik xidmətinin əməkdaşları onu təqib etsələr də, tuta bilməyiblər. 
Şübhəli şəxsin axtarışları davam edir. Hadisə zamanı zərər çəkən olmayıb.
 

# 1470
avatar

Oxşar yazılar