Baxmut yaxınlığında yaraqlıların "Kabus” batalyonunun komandiri Artur Boqaçenko lməhv edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiya təbliğat mənbələri məlumat yayıb. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin polkovniki Anatoli Ştefan da təsdiqləyib.
Xatırladaq ki, "Kabus" batalyonu Rusiyanın ikinci ordu korpusunun bir hissəsi olan qanunsuz silahlı birləşmədir. O, 2014-cü ildə Luqansk vilayətinin işğal olunmuş hissəsində yaradılıb.
Boqaçenko “Kabus”un məhv edilən və ya ölən üçüncü batalyon komandiridir.
Xüsusilə, batalyonun birinci komandiri Aleksey Mozqovoy işğal olunmuş Luqansk vilayətində ikinci sui-qəsd zamanı məhv edilib. Onun avtomobilinin yanında partlayıcı işə salınıb, daha sonra silahlının maşınına atəş açılıb. Mozqovoyun ətrafındakı terrorçular və yerli sakinlər də həlak olub.
2020-ci ildə başqa bir batalyon komandiri Aleksey Markov qəza nəticəsində ölüb. Bu, işğal olunmuş Luqanskda baş verib.