Rumıniyada Avropanın ən böyük ayısı öldürülüb.
Lent.az-ın "Associated Press" istinadən məlumatına görə, 17 yaşlı “Artur” ləqəbli nəhəng qonur ayı bu ölkədə icazəli ova gələn Lixtenşteyn şahzadəsi Emanuel tərəfindən vurulub.
Məlumata görə, şahzadə Emanuel Kovsan qraflığında ov üçün icəzə alıbmış. “Artur”u isə təsadüfən öldürüb. Şahzadə buna görə, 7 min avro cərimə də ödəyib.
Ekspertlərin fikrincə, “Artur” nəinki Rumıniyanın, Avropanın ən iri ayısı sayılırdı.