Fransanın Marsel şəhərində maraqlı hadisə baş verib. Yaşlı ər-arvad 2013-cü ildə itirdikləri pişiyi tapa bilib.
Lent.az xəbər verir ki, qadın gəzintiyə çıxarkən pişik qəflətən yoxa çıxıb. Uzunmüddətli axtarışlar və pişiyin boynundakı çipə görə axtarış nəticəsiz olub.
Bu günlərdə isə ailə maraqlı bir xəbər alıb: tanışlardan biri tərk edilmiş bir yük avtomobilində itən pişiyə oxşar pişiyin yaşadığını deyib. Onlar hadisə yerinə gəldikdə gözlərinə inanmayıblar. Məlum olub ki, pişik 9 ildə yaşadığı məhəllədən kənara çıxmayıb.