Sabiq prezident həbs edildi
11 iyun 2022 07:49 (UTC +04:00)

Sabiq prezident həbs edildi

Boliviyanın sabiq prezident səlahiyyətlərinin icraçısı Janin Anyes Çaves 10 il müddətinə azadlıqdan məhrum edilib.

Lent.az yerli “Unitel” telekanalına istinadən xəbər verir ki, məhkəmə onu 2019-cu ildə dövlət çevrilişi işində təqsirli bilib.

Bildirilib ki, qərarın əsaslandırılması bir neçə gündən sonra dərc olunacaq.

Xatırladaq ki, Janin Anyes Çaves Çaves 2019-cu il noyabrın 12-dən 2020-ci il noyabrın 8-dək prezident səlahiyyətlərinin icraçısı olub.
2021-ci il martın 12-də Boliviya Baş Prokurorluğu siyasətçi və onun hökumətinin beş üzvünün terrorçuluq, qiyam şübhəsi ilə həbsinə order verib.
Janin Anyes Çaves bunu siyasi təqib kimi xarakterizə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286
avatar

Oxşar yazılar