Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyaya qarşı tətbiq olunacaq sərt iqtisadi sanksiyalar paketini açıqlayıb.
Lent.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, İcmalar Palatasında çıxış edən Baş nazir bütün böyük Rusiya banklarının aktivlərinin dondurulacağını və Böyük Britaniyanın maliyyə sistemindən kənarlaşdırılacağını bildirib.
O, deyib ki, Rusiyanın “Aeroflot” aviaşirkətinə də Böyük Britaniya eniş qadağan ediləcək.