ABŞ prezidenti Co Bayden Rusiya və Belarusa Xüsusi Borcalma Hüququ əsasında dollar satmağı qadağan edib.
Lent.az-ın TASS-a istinadla xəbərinə görə, qərarın icrası Maliyyə Nazirliyinə həvalə edilib.
Sənəd Rusiyanın Ukraynaya hücumu başa çatdıqdan 30 gün və ya 5 il sonra Konqresin qərarı ilə qüvvədən düşə bilər.
Qeyd edək ki, Rusiyaya dollar satmamaq təklifi mart ayında, Ukrayna münaqişəsi başlayandan təxminən 10 gün sonra edilib.