Rusiyanın əhalisi azalır
29 yanvar 2022 01:10 (UTC +04:00)

Rusiyanın əhalisi azalır

2021-ci ilin sonunda Rusiya əhalisinin sayı 146,2 milyondan 145,5 milyona enib.

Lent.az-ın “Rosstat”a istinadla xəbərinə görə, 1 yanvar 2022-ci il tarixinə Rusiya Federasiyasının əhalisinin sayı 145 478 097 nəfər olub. 2021-ci ilin 1 yanvarında isə Federasiyada 146 171 015 nəfər yaşayırdı.

Əhalinin təbii azalması 1,04 milyon nəfər təşkil edib: il ərzində 1,4 milyon uşaq doğulub, 2,44 milyon nəfər ölüb.

2021-ci ildə 923,6 min nikah bağlanıb, 644,2 min boşanma rəsmiləşdirilib. 

Federasiyada ölümlərin artmasının bir səbəbi də Covid-19 xəstəliyidir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2304
avatar

Oxşar yazılar