“Rusiyanın canlı qüvvəsi və texnikası çatışmır” – Kəşfiyyat məlumatı
24 avqust 2022 14:13 (UTC +04:00)

“Rusiyanın canlı qüvvəsi və texnikası çatışmır” – Kəşfiyyat məlumatı

“2014-cü ildən bəri Prezident Vladimir Putin Rusiyanın Ukraynadakı təsirini artırmaq və bu dövlətin suveren işlərinə müdaxilə etmək üçün güc yolundan istifadə edir”.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Rusiya Ukrayna hökumətini devirmək və ölkənin böyük bir hissəsini tutmaq məqsədilə 6 ay əvvəl bu ölkəyə tam şəkildə müdaxiləyə başlayıb: 

“Donbasa hücum nəticəsində minimum irəliləyiş əldə olunub. İndi Rusiya Ukraynanın böyük əks-hücumunu gözləyir. Rusiya canlı qüvvə və texnika çatışmazlığından əziyyət çəkir. Rusiya qoşunlarında əhval-ruhiyyə zəifdir. Ordu əhəmiyyətli dərəcədə deqradasiyaya uğrayıb. Rusiyanın diplomatik gücü azalıb və uzunmüddətli iqtisadi perspektivi sual altındadır”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1629
avatar

Oxşar yazılar