Sabahdan Rusiyanın ən böyük aviaşirkəti "Aeroflot" Azərbaycana müntəzəm uçuşları bərpa edir.
Lent.az-ın xəbərinə görə, bu barədə şirkət məlumat yayıb.
İlk Moskva-Bakı reysi (SU-1852) yerli vaxtla saat 11.00- 15:40 radələrində həyata keçiriləcək.
Xatırladaq ki, martın 5-də "Aeroflot" martın 8-dən Minskə uçuşlar istisna olmaqla, bütün xarici aviareyslərin yerinə yetirilməsini dayandırdığını elan etmişdi.