Rusiyada sutkalıq koronavirusa yoluxma və ölüm sayı REKORD HƏDDƏ
24 dekabr 2020 12:33 (UTC +04:00)

Rusiyada sutkalıq koronavirusa yoluxma və ölüm sayı REKORD HƏDDƏ

Rusiyada son sutka ərzində daha 29 935 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 2 963 688 nəfərə çatıb.

Son sutka ərzində 635 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 53 096 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

# 1107
avatar

Oxşar yazılar