Rusiyada koronavirus epidemiyasının sona çatacağı vaxt AÇIQLANDI
20 dekabr 2020 07:16 (UTC +04:00)

Rusiyada koronavirus epidemiyasının sona çatacağı vaxt AÇIQLANDI

“Rusiyada koronavirus epidemiyası gələn ilin bahar fəslinədək, cəhd etsək daha erkən bitə bilər”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova Nail Əsgər-zadənin "Rossiya" telekanalı üçün hazırladığı "Təhlükəli Virus. Birinci il" sənədli filmində açıqlamasında bildirib.

A.Popova əlavə edib ki, yeni virusdan qurtulmaq hər kəsdən asılıdır.

Qeyd edək ki, bu arada Rusiya Səhiyyə naziri Mixail Muraşko tətbiq ediləcək peyvəndin pandemiya ilə mübarizədə kömək edəcəyini təsdiqləyib. Lakin o, virusun müəyyən vaxtadək davam edəcəyini vurğulayıb.

# 3225
avatar

Oxşar yazılar