Rusiyada komandirin əmrilə fərarini döyüb öldürdülər
29 fevral 2024 17:21 (UTC +04:00)

Rusiyada komandirin əmrilə fərarini döyüb öldürdülər

Rusiyanın Kirov vilayətində ictimaiyyəti şoka salan hadisə baş verib. Polis iki rusiyalının olduğu “Lada Granta” markalı avtomobili saxlayıb və baqajda kişi meyiti aşkarlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ölən şəxs sürücü və sərnişinlə birlikdə hərbi xidmətdə olan Rudniçnı kənd sakini 44 yaşlı Roman Şişkindir.

İstintaq göstərib ki, Roman Şişkin müqavilə əsasında xidmət edib, lakin bu yaxınlarda fərarilik edərək vətənə qayıdıb. Komandir “Lada Granta”nın sürücüsü və sərnişini olan Aleksey ilə İqordan onu bölməyə qaytarmağı xahiş edib. Lakin onlar cəbhəyə qayıtmaqdan imtina edən Romanla razılığa gələ bilməyiblər.

Döyüldükdən sonra kişi Kirova aparılıb və orada çılpaq vəziyyətdə zirzəmiyə atılıb. Cinayətkarlar Romanı yenidən döymək üçün vaxtaşırı zirzəmiyə qayıdıblar. Bir neçə gün sonra Şişkin ölüb. İqor və Aleksey meyiti şəhərdən çıxarmağa çalışsalar da, polis onları saxlayıb. Ekspertizanın nəticələrinə əsasən romanın hipotermiyadan öldüyü məlum olub. Şübhəlilər saxlanılaraq həbs ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3831
avatar

Oxşar yazılar