Rusiyada hərbi təyyarə  QƏZAYA UĞRADI
25 fevral 2022 01:20 (UTC +04:00)

Rusiyada hərbi təyyarə QƏZAYA UĞRADI

0

Rusiyanın "An-26" təyyarəsi hərbi texnikanın daşınması üçün planlaşdırılmış uçuş zamanı Voronej vilayətində qəzaya uğrayıb.

Lent.az APA-nın Rusiya bürosuna istinadən xəbər verir ki, bu barədə Qərb Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

"Fevralın 24-də Voronej vilayətində hərbi texnikanın daşınması üçün planlaşdırılmış uçuş zamanı Rusiya Hava Kosmik Qüvvələrinə məxsus "An-26" təyyarəsi qəzaya uğrayıb. Ekipaj həlak olub", - deyə məlumatda qeyd olunub.

İlkin məlumata görə, qəzaya səbəb texnikanın sıradan çıxması olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1911

Oxşar yazılar