İrkutsk vilayətinin Ust-İlimsk şəhərində bir nəfər hərbi komissarlığa atəş açıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə vilayətin qubernatoru İqor Kobzev “Telegram” kanalında məlumat verib.
Rəsmilər hərbi komissarlıqda atışma ilə bağlı daha əvvəl mediada yayılan məlumatı təsdiqləyiblər.
“Atışma nəticəsində hərbi komissar yaralanıb - o, reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır”, - Kobzev bildirib.
Qubernator əlavə edib ki, atəş açan şəxs saxlanılıb.