Rusiyada DƏHŞƏTLİ YANĞIN : 5 nəfər öldü, ikisi uşaqdı
09 yanvar 2022 09:24 (UTC +04:00)

Rusiyada DƏHŞƏTLİ YANĞIN: 5 nəfər öldü, ikisi uşaqdı

Rusiyanın Kostroma vilayətində evdə baş verən yanğın nəticəsində 5 nəfər ölüb.

Lent.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Kostroma vilayətinin Şarya şəhərində Belozerskaya küçəsində taxta ev yanıb. Nazirlik yanğın zamanı evdə 6 nəfərin olduğunu bildirib:

“Yanğın yerindən 1987-ci il təvəllüdlü qadın tapılaraq həkimlərə təhvil verilib. Qadın təcili yardım maşınında dünyasını dəyişib. Yanğın söndürüldükdən sonra hadisə yerindən 2 uşaq və 2 kişi meyiti aşkarlanıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254
avatar

Oxşar yazılar