Rusiyada bəzi media qurumlarının fəaliyyəti dayandırıldı
01 mart 2022 23:16 (UTC +04:00)

Rusiyada bəzi media qurumlarının fəaliyyəti dayandırıldı

0

“Exo Moskvı” radiostansiyası yayımı dayandırılıb. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bu barədə radiostansiyanın baş redaktoru Aleksey Venediktov məlumat verib. Aparıcı Maksim Kurnikovun sözlərinə görə, “Exo” Moskva vaxtı ilə saat 21:00-da efirdən çıxarılıb.

Bundan bir qədər əvvəl Baş Prokurorluq “Exo Moskvı” və “Dojd” telekanalının saytların bağlanması və bloklananağı ilə bağlə xəbərdarlıq edib. Bundan sonra hər iki medianın saytlarına daxil olmaq mümkün olmayıb.

Baş Prokurorluq hər iki media orqanının Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı yalan məlumat yaydığını açıqlaypb.

Venediktov radiostansiyanın efirin bloklanmasına məhkəmədə etiraz edəcəyini bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1844

Oxşar yazılar