Rusiyanın Amur vilayətində yük və minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər ölüb.
Lent.az-ın TASS-a istinadla xəbərinə görə, bu barədə Amur vilayətinn prokurorluğu məlumat yayıb.
Qəzada ölənlərdən ikisi uşaqdır. İlkin məlumata görə qəza avtomobilin əks yola çıxması nəticəsində baş verib. Yük avtomobilinin sürücüsü saxlanılıb.