Rusiya və Ukrayna arasında 200 əsirin dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu BMT-nin 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti bu addımın mühüm nailiyyət olduğunu qeyd edib.
Bundan əlavə, Ərdoğan Türkiyənin hər iki lideri bir araya gətirmək arzusu olduğunu da vurğulayıb.
“Hələ ki, bunu bacarmamışıq, amma mən ümidsiz deyiləm. Putin və Zelenski ilə danışıqlar aparırıq. Biz bir liderin tərəfini tutmaqla deyil, hər iki liderlə təmasda olaraq nəticəyə gəlməyə çalışmalıyıq”,- deyə o bildirib.