Rusiya Ukraynadakı müharibədə  heyrətamiz sayda   hərbçi itirib - İDDİA
02 may 2023 18:36 (UTC +04:00)

Rusiya Ukraynadakı müharibədə heyrətamiz sayda hərbçi itirib - İDDİA

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ukraynada son 5 ayda davam edən hərbi əməliyyatlarda 100 minə yaxın Rusiya hərbçisi məhv edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Kirbinin sözlərinə görə, Rusiyanın Ukrayna Baxmut şəhərinə qarşı hücumu uğursuzluqla nəticələnib və dayanıb. Dekabr ayından bəri Rusiya ordusu Baxmut yaxınlığında 100.000-dən çox itki verib, o cümlədən 80.000-dən çox hərbçisi yaralanıb, 20.000-i döyüşlərdə həlak olub. Ölənlərin yarısı “Vaqner” özəl hərşi şirkərinə məxsusdur.

Qeyd olunur ki, bu, ABŞ kəşfiyyatının son vaxtlar məxfiliyi ləğv edilmiş məlumatlarına əsaslanan təxmindir. Əslində, Rusiya daha çox əsgər itirə bilərdi, çünki döyüşlərin intensivliyinə görə hər şeyi hesablamaq sadəcə mümkün deyil.

Bu rəqəmləri dəqiq və müstəqil şəkildə yoxlamaq mümkün deyil, lakin onlar doğrudursa, son aylarda Rusiyanın itkilərinin kəskin artması tendensiyası var.

ABŞ kəşfiyyatının sızdırılmış sənədlərinə əsaslanan keçmiş təxminləri qəbul etsək, ümumilikdə Rusiya 189,5 min nəfərdən 223,000 nəfərə qədər hərbçi  itirib. Bura döyüş zamanı həlak olan 35,500-dən 43,000-ə qədər əsgər daxildir.

Öz növbəsində, Böyük Britaniya Müdafiə Nazirliyi fevral ayında Rusiyanın 40-60 min hərbçisinin öldürüldüyünü bəyan edib. Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin hesablamalarına görə eyni ayda 60.000-dən 70.000-ə qədər hərbçi döyüş zamanı həlak olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827
avatar

Oxşar yazılar