Rusiyanın Ukraynaya hücumundan 16 gün keçir. Ukrayna ərazisində mülki şəxsləri atəşə tutmaq istəməyən rus əsgərləri ilə onların komandirlərinin toqquşması ilə bağlı xəbərlər bağlı Rusiya televiziyasında görüntülər yayılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna təhlükəsizlik qüvvələri və daxili işlər nazirliyi əsir düşən rus əsgərlərinin görüntülərini ictimaiyyətlə paylaşmağa davam edərkən, yaralı əsir rus əsgərinin açıqlamaları gündəmə gəlib.
Xarkov yaxınlığında yaxalanan və ayağından yaralanan rusiyalı əsgərinin ona atəş açdığını bildirib.
Fevralın 24-də Xarkovda mülki şəxslərə atəş açmaqdan imtina etdikdən sonra vurulduğunu deyən əsgər, mülki şəxslərə atəş açmaq istəməyən leytenantın da güllələndiyini bildirib.
Hücum zamanı bir ailəni qorumaq istədiklərini bildirən Rusiya ordusunun əsgəri ananın hücumda öldüyünü, 20 yaşlı qızın isə xilas edildiyini bildirib.