Rusiya müsəlmanları üçün  bu qadağa   götürüldü
29 dekabr 2022 17:06 (UTC +04:00)

Rusiya müsəlmanları üçün bu qadağa götürüldü

Rusiya Müsəlmanları Ruhani İdarəsinin (SUM) Üləmalar Şurası müsəlmanlara bir sıra şərtlərə uyğun olaraq müxtəlif şirkətlərin səhmlərinin alqı-satqısına icazə verib.

Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, qurumun sədr müavini İldar Alyautdinov qeyd edib ki, qiymətli kağızlar bazarında üç növ şirkət var: birincinin fəaliyyətinə şəriət icazə verir, ikincisi müsəlmanlara haram olanlar, məsələn, qumar və qumar oyunları, spirtli içkilər, donuz əti ilə əlaqəli işlər, onlar pul yatıra bilməyəcəklər.

Digərləri qarışıq şirkətlərdir. Onlar əsasən şəriət tərəfindən sanksiyalaşdırılan fəaliyyətlə məşğul olurlar, lakin məsələn, ənənəvi banklardan sələmçi kreditlərə əl atırlar.

Müsəlmanlar üçün səhm alverinin müfəssəl şərtləri qəbul edilmiş fətvanın tam mətnində göstəriləcək və Rusiya Müsəlmanları Ruhani İdarəsi bunu daha sonra öz internet səhifəsində dərc edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1749
avatar

Oxşar yazılar