Rusiya bütün Ukraynanı ələ keçirmək məqsədini dəyişməyib -  Nazir müavini
06 may 2023 21:56 (UTC +04:00)

Rusiya bütün Ukraynanı ələ keçirmək məqsədini dəyişməyib - Nazir müavini

“Moskva bütün Ukraynanı ələ keçirmək kimi strateji məqsədlərini dəyişməyib, ona görə də ukraynalılara düşmənin elan etdiyi planlarda dərin mənalar axtarmağa ehtiyac yoxdur”.

Lent.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə müdafiə nazirinin müavini Anna Malyar bildirib.

“Düşmən liderlərin planları ilə bağlı video və bəyanatlarını necə qiymətləndirmək olar? Heç cür” Malyar deyib.

Malyar Rusiyanın planlarının dəyişmədiyini vurğulayıb.

“Keçən il sürətli müharibə yox idi, ona görə də indi mərhələli şəkildə hərəkət edirlər. Daha doğrusu, onlar hərəkət etməyə çalışırlar, lakin müdafiəçilərimiz buna imkan vermir”, - Malyar bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2028
avatar

Oxşar yazılar