Rusiya bu azərbaycanlı biznesmeni axtarır - FOTO
16 aprel 2021 17:25 (UTC +04:00)

Rusiya bu azərbaycanlı biznesmeni axtarır - FOTO

Rusiyada yaşayan azərbaycanlı biznesmen Kərim Babayev axtarışa verilib.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o, Rostov vilayətinin Aksay rayon administrasiyasının başçısı Vitali Borzenkonun həbsindən sonra yoxa çıxıb. Onların bir çox cinayətlərdə əlbir olduqları bildirilir.

Məlumata görə, Kərim Babayevin iki oğlu Vadim və Eduard barəsində də cinayət işi qaldırılıb. Eduard haqda həbs qətimkan tədbiri seçilsə də, məhkəmə Vadimi polis nəzarətinə verib.

Babayev və oğulları mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda, çirkli pulların yuyulmasında, dələduzluqda və torpaq əmlakını mənimsəməkdə ittiham olunurlar.

“RostovGazeta”nın yazdığına görə, Kərim Babayev böyük ehtimalla ya Türkiyədə, ya da Azərbaycanda gizlənir.

“Onun İstambulda yaxşı əlaqələri var. Azərbaycanda isə yaxın qohumları yaşayır”, - deyə qəzet yazır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4188
avatar

Səbuhi Sədəf

Oxşar yazılar