Robert Köçəryan Ermənistanı  tərk etdi 
22 avqust 2022 14:30 (UTC +04:00)

Robert Köçəryan Ermənistanı tərk etdi 

Avqustun 21-i axşam Ermənistanın ikinci prezidenti Robert Köçəryan bir həftəlik xaricə yola düşüb. 

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, bu barədə “Yerevan.Today” məlumat yayıb.
 
“İkinci prezidentin ofisinin koordinatoru Baqrat Mikoyan bildirib ki, Köçəryanın vəkil komandası növbəti məhkəmə iclasının sentyabrın 20-də keçiriləcəyini nəzərə alaraq, məhkəməyə getmək üçün icazə almaq barədə müraciət edib. 

“Məhkəmədən ikinci prezidentin avqustun 22-29-da Ermənistanda olmamasına icazə verib. O, avqustun 29-da qayıdacaq”, - Mikoyan bildirib.

O, Köçəryanın xaricə səfərinin məqsədi barədə məlumat verməyib və deyib ki, ikinci prezident Rusiyaya yox, başqa ölkəyə gedib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2382
avatar

Oxşar yazılar