Restoranlara giriş sərtləşdirildi:  Hətta sağlamlar belə bu qayda ilə... 
08 yanvar 2022 08:22 (UTC +04:00)

Restoranlara giriş sərtləşdirildi: Hətta sağlamlar belə bu qayda ilə... 

 

Omicron ştamının yayılması ilə əlaqədar Almaniya hakimiyyəti iaşə müəssisələrinə - restoranlara, pablara, barlara və kafelərə girişi sərtləşdirməyə razılıq verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, gələcəkdə peyvəndlərin tam kursunu tamamlayan və ya sağlam insanlar belə mənfi test nəticəsini təsdiqləyən sənəd təqdim etməli olacaqlar.

Koronavirusun yerli səviyyədə yayılma sürətindən asılı olmayaraq, “2G plus” qaydası bütün ölkə ərazisində tətbiq olunacaq. 

Bu qayda peyvəndin gücləndirici dozasını vurduranlara şamil olunmayacaq. İmmunizasiyası olmayan vətəndaşlar isə ümumiyyətlə, belə imkandan məhrum olacaqlar. 

Qaydanın yanvarın 15-dən qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, cümə günü Olaf Şolz və federal əyalətlərin başçıları Almaniyada koronavirusla bağlı vəziyyəti müzakirə ediblər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953
avatar

Oxşar yazılar