Çeçenistan lideri Ramzan Kadırov səfərbərliklə bağlı gözlənilməz təklif edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, əksər hüquq-mühafizə orqanlarının, o cümlədən Federal Təhlükəsizlik Xidməti (FTX), Fövqəladə Hallar Nazirliyi, prokurorluq, gömrük və İstintaq Komitəsinin əməkdaşlarını da cəbhəyə göndərməyə çağırıb:
“Təhlükəsizlik və hərbi idarələrdə ümumən 5 milyon insan çalışır. Onların 50 faizini vəzifəyə buraxsanız, ikinci yarısı, yəni 2,5 milyon insan istənilən Qərb ordusunu məhv edəcək və ehtiyata ehtiyac olmayacaq”.