Ramzan Kadırov Ukraynaya  könüllülərdən ibarət dəstə   göndərdi
22 mart 2022 12:56 (UTC +04:00)

Ramzan Kadırov Ukraynaya könüllülərdən ibarət dəstə göndərdi

0

Qroznıdan könüllülərin daha bir dəstəsi tam döyüş texnikası ilə Ukraynaya yola düşüb. 

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, vu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib

Onun sözlərinə görə, Çeçenistan parlamentinin sədri Maqomed Daudov və respublika hökuməti sədrinin müavini Abuzaid Vismuradov könüllülərə vida nitqi söyləyiblər.

“Onlar qeyd ediblər ki, döyüşçülərin səkkiz ildir Donbass sakinlərinə qarşı terror törədən quldurlara qorxu salmaqla, Ukraynanın geniş ərazilərində Çeçenistan Respublikasının bayrağını qürurla və yüksəklərdə gəzdirmək üçün böyük şansı var”, - Kadırov vurğulayıb.

O, həmçinin bildirib ki, çeçen döyüşçülərinin qarşısında “Ukraynanı banderçi basqınçılardan və müxtəlif növ şeytanlardan azad etmək” vəzifəsi durur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1791

Oxşar yazılar