Ramazan ayına görə Yəməndə əməliyyatlar dayandırıldı
30 mart 2022 04:42 (UTC +04:00)

Ramazan ayına görə Yəməndə əməliyyatlar dayandırıldı

0

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndə hərbi əməliyyatları dayandırıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi məlumat yayıb. 

Bildirilir ki, danışıqların uğurla nəticələnməsi və müqəddəs Ramazan ayı müddətində müsbət atmosfer yaradılması üçün hərbi əməliyyatlar dayandırılır. 

Birləşmiş koalisiya komandanlığı 30 aprel saat 06.00-dan Yəməndə bütün hərbi əməliyyatları dayandırır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1385

Oxşar yazılar