Qubernatora hücum: iki polis öldü
30 yanvar 2022 10:36 (UTC +04:00)

Qubernatora hücum: iki polis öldü

Kolumbiyanın Kaketa departamentinin qubernatorunun korteji yolunda əldəqayırma bombanın partlaması nəticəsində iki polis əməkdaşı həlak olub, üç nəfər yaralanıb.

Lent.az bildirir ki, bu barədə polis rəisi, general Xorxe Varqas Twitter-də yazıb.

General qeyd edib ki, bu gün polislərin ölümünə səbəb olan dəhşətli terror aktını pisləyir.

Polis rəisinin sözlərinə görə, asayiş keşikçiləri bölgəni gəzən qubernatorun təhlükəsizliyini təmin ediblər.

Yerli medianın verdiyi məlumata görə, əldəqayırma qurğunun partlaması maşın karvanının Solano və Florensiya bələdiyyələri arasında hərəkət etdiyi zaman baş verib.

Kaketa qubernatoru Arnulfo Qasca Trujillonun özü xəsarət almayıb, hücumdan sonra onun helikopterlə Florensiyada On İkinci Ordu Briqadasının olduğu yerə təxliyə edildiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1944
avatar

Oxşar yazılar