Qu quşu metronun hərəkətini iflic etdi
27 yanvar 2022 03:10 (UTC +04:00)

Qu quşu metronun hərəkətini iflic etdi

London metrosunda relslərin üzərinə enən qu quşuna görə bir xətdə hərəkət dayanıb.

Lent.az-ın xəbərinə görə, metronun yerüstü stansiyasında quş xəttin üstünə düşdüyü üçün maşinist qatarı saxlayıb. 

Bu səbəbdən xətdə hərəkət tam dayanıb, cərəyan kəsilib. Metro işçiləri quşu relslərin üzərindən götürərək heyvanları mühafizə təşkilatına xəbər veriblər. Burada məlum olub ki, quş aclıqdan taqətsiz vəziyyətə düşüb və uça bilməyib. 

Qu quşuna qida və su verilib. Bir neçə saat saxlandıqdan sonra təbiətə buraxılıb.

# 1263
avatar

Oxşar yazılar