Rusiyada qonşusuna ombasını göstərən təqaüdçü cərimələnib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Kursk vilayətində baş verib. İki qonşu torpaq sahəsi üstündə mübahisə edib.
Qonşular arasında münaqişə bir neçə ay davam edib. Təqaüdçü ombasının nümayişini mübahisədə son arqument hesab edib. 36 yaşlı qonşu özünü alçaldılmış hesab edərək məhkəməyə müraciət edib. O, təqaüdçüdən 50 min rubl mənəvi zərərin ödənilməsini tələb edib.
Məhkəmə yalnız 5 min rubl cərimə haqqında qərar çıxarıb.