Qonşu ölkədə  meymunçiçəyinə ilk yoluxma
15 iyun 2022 17:51 (UTC +04:00)

Qonşu ölkədə meymunçiçəyinə ilk yoluxma

Gürcüstanda meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai sağlamlıq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yoluxan şəxs xəstəliyi mülayim keçirib və müvafiq müalicədən sonra səhiyyə müəssisəsindən evə buraxılıb. Onun Avropaya səyahət tarixçəsi olduğu, əlaqələrinin monitorinqinin aparıldığı, lakin əlavə yoluxma halı aşkarlanmadığı açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2232
avatar

Oxşar yazılar