Qızıl Aypara Cəmiyyəti: Sərnişinlərin sağ olmasına dair heç bir əlamət yoxdur - YENİLƏNİB -VİDEO
20 may 2024 07:52 (UTC +04:00)

Qızıl Aypara Cəmiyyəti: Sərnişinlərin sağ olmasına dair heç bir əlamət yoxdur - YENİLƏNİB-VİDEO

"Prezidentin qəzaya uğramış helikopterinin yerini aşkar etdikdə sərnişinlərin sağ olmasına dair heç bir əlamət yox idi".

Lent.az-ın IRNA-ya istinadən verdiyi məlumata görə, bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd deyib.

O bildirib ki, xilasetmə qrupları helikopterin qalıqlarını tapıb, lakin sərnişinlərin sağ olmasına dair heç bir əlamət yoxdur.

***

Saat 06:30

İran Prezidenti İbrahim Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb.

Lent.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan rəsmiyə istinadən məlumat yayıb.

"İran Prezidenti Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb", - deyə, o bildirib.

***

Saat 06:30

İran Prezidenti Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb.

Lent.az-ın məlumatına görə, bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında deyib.

"Helikopterin qalıqları tapıldı, biz helikopterə doğru irəliləyirik. Hava şəraiti yaxşı deyil",-deyə, o bildirib.

İran mediası artıq qəzaya uğramış helikopterin qalıqlarının ilk fotolarını yayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6213
avatar

Oxşar yazılar