ABŞ-ın Nevada şəhərində qırmızı işıqda keçən avtomobil çox sayda insanın ölümünə və xəsarət almasına səbəb olub.
Lent.az-ın “Liberation”a istinadla xəbərinə görə, hərəkətin sıx olduğu küçədə “Dodge Challenger” markalı avtomobil yüksək sürətlə qırmızı işıqdan keçib. Avtomobil 6 nəqliyyat vasitəsi ilə toqquşduqdan sonra dayana bilib. Nəqliyyat vasitəsindəki 9 nəfərin hamısı hadisə yerində dünyasını dəyişib. Başqa avtomobildə olan 1 nəfərin vəziyyəti ağırdır. Qəza zamanı 6 avtomobilə ziyan dəyib, 6 nəfər yüngül xəsarət alıb.
Polisin bildirdiyinə görə, bu, şəhərin tarixində ən ağır nəqliyyat qəzasıdır.