Qəzada ölən jurnalistlərin  sayı 3-ə çatdı
24 iyun 2021 02:10 (UTC +04:00)

Qəzada ölən jurnalistlərin sayı 3-ə çatdı

İranda jurnalistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 3-ə çatıb.

APA IRIB-ə istinadən xəbər verir ki, Qərbi Azərbaycanın şimal-qərb vilayətində yerləşən Neqede şəhərinin ərazisində baş verən qəza zamanı avtobus aşıb.

İran hökumətinin və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri Əli Rabia, Səid Xətibzadə həlak olanların ailələrinə başsağlığı veriblər.

Jurnalistlər Urmiya gölündən geri qayıdarkən baş verib.

Qeyd edək ki, hadisə nəticəsində 21 nəfər yaralanıb.

# 1272
avatar

Oxşar yazılar