Qazaxıstanda Milli Təhlükəsizlik Xidməti polkovnikinin hansı səbəbdən ölməsi məlum olub.
Lent.az-ın yerli KİV-ə istinadən xəbərinə görə, MTX polkovniki Azamat İbrayevin intihar etdiyi bildirilir. Hüquq-müfaizə orqanları tərəfindən aparılan ilkin araşdırmalar zamanı onun yaşadığı binadan özünü atdığı üzə çıxıb.
Faktla bağlı araşdırma aparılır.
***
Saat: 12:15
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Milli Təhlükəsizlik Xidmətinin polkovnikinin meyiti tapılıb.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, polkovnik Azamat İbrayevin intihar edib-etmədiyi hələlik məlum deyil.
Hazırda hadisə yerində araşdırma aparılır.
Xatırladaq ki, bu gün Jambıl vilayətinin polis departamentinin rəisi general-mayor Janak Süleymanov intihar edib.