İyulun 19-da Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində qaz kəmərinin partlaması nəticəsində azı 41 nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, bu barədə News24 xəbər portalı Qautenq əyalətinin baş naziri Panyaza Lesufiyə istinadən məlumat yayıb.
Yaralılardan 9-nun vəziyyəti ağır, ikisinin vəziyyəti kritikdir.