Qayığı batan kişi sağ qalmaq üçün 5 gün qar yedi
29 may 2024 18:24 (UTC +04:00)

Qayığı batan kişi sağ qalmaq üçün 5 gün qar yedi

ABŞ-da Aydahoda qayıqdan yıxılan və qarlı səhrada 5 gün yeməksiz sağ qalan yaşlı kişi xilas edilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mayın 18-də 73 yaşlı Tomas Qrey Xəncər şəlaləsi ərazisində Salmon çayı ilə aşağı qayıq sürüb. O, həyat yoldaşı ilə görüşməyə gedirmiş. Ertəsi gün onun qayığı sürətlə batıb. Kişi ayağından yaralansa da, sahilə çata bilib. O, körpüyə çatıb və iki gün taxta tualetdə gizlənib. Ümid edib ki, gün ərzində başqa səyyahlar çay boyu keçəcəklər.

Daha sonra o, Fir Creek Passa gedib və burada qar arabası klubunun treylerinə sığınıb. Orada soba olsa da, Qrey heç bir kibrit tapa bilməyib. Həmin günlər havanın temperaturu sıfırdan aşağı düşüb. Ətrafda olan qar isə Qreyə su mənbəyi kimi xidmət edib. Belə ki, o, bu müddət ərzində yalnız qar yeyərək sağ qala bilib. Bu zaman onun qayığının qalıqları artıq aşkar edilib və səlahiyyətlilər axtarışa başlayıb.

Beşinci gün yaşlı adam artıq xilas olmayacağını düşünüb və dua edərək, qarda uzanıb. Lakin həmin an ekskursiya şirkətinin sahibləri yaxınlıqda olublar. Onlar Qreyi tapıb ilk tibbi yardım göstəriblər. Nəticədə kişi xilas edilib.

Sonradan məlum olub ki, Qreyin kiçik qardaşı 2022-ci ildə elə həmin ərazidə suda batsa da, ona kömək edə bilməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2415
avatar

Oxşar yazılar