Qasırğa nəticəsində 20 nəfər xəsarət aldı
16 avqust 2023 06:23 (UTC +04:00)

Qasırğa nəticəsində 20 nəfər xəsarət aldı

Yaponiyanın mərkəzində və qərbində leysan yağışlar, eləcə də güclü küləklə təsirini göstərən “Lan” tayfunu nəticəsində 20 nəfər xəsarət alıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkədə daşqınlar olub, elektrik enerjisinin kəsilməsi və nəqliyyatda fasilələr yaranıb.

Yaponiya Meteorologiya Agentliyi ölkənin Honsyu bölgəsindəki Kii yarımadasına çatan tayfunun ölkənin şərq və şimalında Hokkaydoya doğru istiqamətlənəcəyini bildirib.

Çaylar daşıb, binalara ziyan dəyib, tayfun nəticəsində nəqliyyatın hərəkəti iflic olub.

Yaponiya İctimai Televiziyası NHK Hyoqo Osaka, Kyoto, Şiqa və Vakayama prefekturalarında tayfun nəticəsində 20 nəfərin xəsarət aldığını bildirib.

Qasırğanın vurduğu ərazilərdə yerli bələdiyyələr 230 mindən çox sakinə daha təhlükəsiz binalarda sığınacaq axtarmaları barədə xəbərdarlıq edib.

Ölkənin iki ən böyük aviaşirkəti, “Japan Airlines” (JAL) və “All Nippon Airways” (ANA) Yaponiyanın qərbindən və ya qərbinə 560-dan çox reysi ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1851
avatar

Oxşar yazılar