Qasırğa 46 nəfərin həyatına son qoydu
26 yanvar 2022 05:20 (UTC +04:00)

Qasırğa 46 nəfərin həyatına son qoydu

0

“Ana” tropik qasırğası son dörd gündə Madaqaskar, Mozambik və Malavidə azı 46 nəfərin həyatına son qoyub.

Lent.az xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.

Yanvarın 22-də Madaqaskarda fırtına baş verib, daşqınlar və torpaq sürüşmələri nəticəsində 39 nəfər ölüb, 65 min nəfər evsiz qalıb.

Ötən bazar ertəsi fırtına Mozambikin mərkəzinə çatıb. İlkin məlumata görə, 3 nəfər ölüb, 49 nəfər yaralanıb.

Fırtınanın səbəb olduğu daşqınlar nəticəsində Malavidə 4 nəfər ölüb, ölkənin böyük hissəsi işıqsız qalıb.

“Ana” qərbə, mərkəzə doğru irəliləyir və günün sonuna kimi Zimbabve sərhədini keçəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1539

Oxşar yazılar